Braziliyada maneken səfilə zamanı podiumda ölüb (FOTO)


Digərləri 28 Apr 2019 16:47:39 156 0

Braziliyada maneken səfilə zamanı podiumda ölüb (FOTO)

Braziliyanın San-Paulu şəhərində moda həftəsinin sonuncu günündə keçirilən dəfilə zamanı Tales Kotta adlı model yıxılaraq ölüb.

Bakı. Braziliyanın San-Paulu şəhərində moda həftəsinin sonuncu günündə keçirilən dəfilə zamanı Tales Kotta adlı model yıxılaraq ölüb. Trend-in məlumatına görə, tamaşaçılar ilk öncə 26 yaşlı manekenin yıxılmasını şounun bir hissəsi hesab ediblər, ancaq Kottanın bədəni silkələnməyə başlayıb və ağzından köpük gəlib. Podiuma yanğınsöndürənlər daxil olub və Kottanı təcili tibbi yardım maşınına aparıblar. Model tez bir zamanda xəstəxanaya çatdırılsa da, orada onun öldüyünü təsdiqləyiblər.