Bakıda Dünya Kubokunda 3 halqa və 2 cüt gürzlə qrup hərəkətlərində Bolqarıstan komandası "qızıl" qazanıb


Digərləri 28 Apr 2019 16:33:18 202 0

Bakıda Dünya Kubokunda 3 halqa və 2 cüt gürzlə qrup hərəkətlərində Bolqarıstan komandası "qızıl" qazanıb

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda 3 halqa və 2 cüt gürzlə qrup hərəkətlərində ilk yeri 25.550 xalla Bolqarıstan komandası qazanıb.

Bakı. Cani Babayeva - Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda 3 halqa və 2 cüt gürzlə qrup hərəkətlərində ilk yeri 25.550 xalla Bolqarıstan komandası qazanıb. Trend-in məlumatına görə, ikinci yerdə Rusiya (25.250), üçüncü yerdə isə Ukrayna komandası (25.150) qərarlaşıb. Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.