Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda fərdi hərəkətlərdə final oyunlarının qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 28 Apr 2019 16:12:00 176 0

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda fərdi hərəkətlərdə final oyunlarının qalibləri mükafatlandırılıb (FOTO)

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun fərdi hərəkətlərində final oyunlarının qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun fərdi hərəkətlərində final oyunlarının qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib. Xatrıladaq ki, halqa ilə hərəkətlərdə 1-ci yeri Rusiya gimnastı Dina Averina (22.000 xal), 2-ci yeri israilli idmançı Linoy Aşram (21.850 xal), 3-cü yeri isə ABŞ təmsilçisi Laura Zenq (20.350 xal) tutub. Mükafatları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Milli Gimnastika Arenasının direktor müavini Nərminə Quliyeva, Bakı gimnastika məktəbinin direktoru Xaqani Fərəcov təqdim edib. Topla hərəkətlərdə qızıl medalı İsrail təmsilçisi Linoy Aşram (21.750 bal), "gümüş"ü Rusiya gimnastı Dina Averina (21.100 xal), "bürünc"ü Belarus idmançısı Yekaterina Qalkina (20.500 xal) qazanıb. Mükafatları müğənni Miri Yusif, bədii gimnastika üzrə Azərbaycan milli komandasının xoreoqrafı Akif Kərimli, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov təqdim edib. Gürzlərlə hərəkətlərdə birinci yerdə Dina Averina (Rusiya 22.500 xal), ikinci yerdə Arina Averina (22.300 xal), üçüncü yerdə isə Vlada Nikolçenko (Ukrayna 21.400 xal) qərarlaşıb. Mükafatları Xalq artisti Murad Dadaşov, Azərbaycan Gimnastika Federasiyasının menecerləri Sara Zeynalova və Bikə Abdullayeva təqdim ediblər. Lentlə hərəkətlərdə Anastasiya Salos (Belarus, 20.650 xal) qızıl, Arina Averina (Rusiya 20.600 xal) gümüş, Dina Averina (Rusiya 20.250 xal) bürünc medal qazanıblar.