Üzgüçümüz dünya seriyasında qızıl medal qazanıb


Digərləri 28 Apr 2019 14:41:00 194 0

Üzgüçümüz dünya seriyasında qızıl medal qazanıb

Roman Saleh Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilən dünya seriyasında qızıl medal qazanıb.

Bakı. Üzgüçülük üzrə Azərbaycanın Paralimpiya Milli Komandasının üzvü Roman Saleh Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilən dünya seriyasında qızıl medal qazanıb. Azərbaycan Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, idmançımız 100 metr məsafəni 1.00.61 dəqiqə ərzində qət edərək bütün rəqiblərini geridə qoyub. Beləliklə, dünya seriyasının fəxri kürsüsündə ən yüksək yerə sahib olub. Xatırladaq ki, Beynəlxalq Paralimpiya Komitəsinin üzgüçülük üzrə dünya seriyası aprelin 29-a qədər davam edəcək. Yarışlarda ölkəmizi Könül Süleymanova, Roman Saleh, Vəli İsrafilov və Şamil Şahov təmsil edir. Bu yarış sentyabrda Londonda keçiriləcək dünya çempionatına minimal təsnifat xalı qazandırır.