Bədii gimnastika üzrə çoxqat dünya çempionu Bakıda Dünya Kuboku yarışlarını izləyir


Digərləri 28 Apr 2019 14:33:45 208 0

Bədii gimnastika üzrə çoxqat dünya çempionu Bakıda Dünya Kuboku yarışlarını izləyir

Bədii gimnastika üzrə çoxqat dünya çempionu, 1996-cı il Atlanta Olimpiya Oyunları mükafatçısı Yana Batırşına Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun final yarışlarında fəxri qonaq qismində çıxış edir.

Bakı. Cani Babayeva - Bədii gimnastika üzrə çoxqat dünya çempionu, 1996-cı il Atlanta Olimpiya Oyunları mükafatçısı Yana Batırşına Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun final yarışlarında fəxri qonaq qismində çıxış edir. Xatırldaq ki, Y.Batırşına 16-22 sentyabr tarixlərində Bakıda keçiriləcək bədii gimnasika üzrə Dünya Çempionatının səfiridir. Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.