Dünya ulduzu Bakıdadır


Şou-biznes 28 Apr 2019 14:16:00 198 0

Dünya ulduzu Bakıdadır

"Formula-1" Qran-Prisi çərçivəsində Bakının qonağı olan dünya ulduzu Cessi Ceyin konserti baş tutub.  Son.az Axşam.az-a istinadən bildirir ki, müğənni ötən gün sevənləri ilə "Kristall Hall" səhnəsində görüşüb. Gecədə gümüşü tulumla səhnəyə çıxan ulduz bir-birinin ardınca sevilən mahnılarını oxuyub.  O, eyni zamanda tamaşaçılarla söhbət də edib. Arada onu dinləməyə gələnlərlə zarafatlaşan Cessi Bakı konserti təxirə düşən Sem Smiti də xatırlayıb.  "Bilirəm ki, bura yığışanlar Semin pərəstişkarlarıdır. Allahdan ona şəfa diləyirəm. Mən də səhhəti ilə bağlı xəbərə üzüldüm. Ümid edirəm ki, yaxşı olar" deyə, Cessi bildirib.