Dünyanın ən yüksəkdə yerləşən avtomobil tuneli istifadəyə verildi


Dünya 28 Apr 2019 13:55:00 203 0

Dünyanın ən yüksəkdə yerləşən avtomobil tuneli istifadəyə verildi

Çinin Tibet muxtar regionunda dəniz səviyyəsindən 4750 metr yüksəklikdə, dağlıq ərazidə avtomobil tuneli istifadəyə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, dünyada ən yüksək ərazidə yerləşən avtomobil tunelidir. Bölgənin inzibati mərkəzi olan Lhasa şəhəri ilə Nyinqçi şəhərini birləşdirən magistral yolun üzərində yerləşən tunelin uzunluğu 5,7 kilometrdir. Mila dağında ikizolaqlı avtomobil yolunun keçdiyi tunelin inşasına 2015-ci ildə başlanılıb. Çətin relyefdə və ağır hava şəraitində aparılmış tikinti işlərinə 3 mindən çox inşaatçı cəlb olunub.

Tunelin istifadəyə verilməsi ilə həmin yolda hərəkət edən sürücülər məsafəyə və vaxta qənaət edəcəklər.