Bakıda F2 yarışında bir komandanın digər pilotu da qəza törətdi


Digərləri 28 Apr 2019 13:42:38 197 0

Bakıda F2 yarışında bir komandanın digər pilotu da qəza törətdi

Bakıda F2 yarışında bir komandanın digər pilotu da qəza törədib.

Bakı. Elçin Mehdiyev - Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda daha bir qəza baş verib. Trend-in məlumatına görə, yarış zamanı “Trident” komandasının digər pilotu Qiuliano Alesi idarəetməni itirərək maneəyə çırpılıb. Beləliklə, Q.Alesi də yarışı dayandırmalı olub. Xatırladaq ki, bir qədər əvvəl “Trident” komandasının digər pilotu Ralf Boşunq da qəzaya uğrayaraq yarışı dayandırıb.