171 saylı avtobus qəzasında xəsarət alanlardan 3-ü evə buraxılıb


Digərləri 28 Apr 2019 13:32:00 203 0

171 saylı avtobus qəzasında xəsarət alanlardan 3-ü evə buraxılıb

7 nəfərin müalicəsi 3 saylı şəhər Klinik Xəstəxanasında davam etdirilir.

Bakı. Samir Əli - Xəzər rayonu ərazisində, Mərdəkan-Bakı yolunda 171 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan daha 3 nəfər evə buraxılıb. Bu barədə Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. Onun sözlərinə görə, hazırda hadisə nəticəsində xəsarət alanlardan 7 nəfərin müalicəsi 3 saylı şəhər Klinik Xəstəxanasında davam etdirilir. Bakıda avtobus qəzası nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib, 6-sı reanimasiyadadır (YENİLƏNİB) Xatırladaq ki, aprelin 27-də axşam saatlarında Mərdəkandan Bakı istiqamətində hərəkət edən yük maşını 171 saylı marşrut avtobusu ilə toqquşub.