Həkimə müraciət edən xəstənin gözündən bal arıları çıxdı


Digərləri 28 Apr 2019 13:06:00 243 0

Həkimə müraciət edən xəstənin gözündən bal arıları çıxdı

Tayvanda kəskin ağrı və göz yaşarması şikayəti ilə xəstəxanaya müraciət edən, 20 yaşlı qadını müayinə edən həkimlər dəhşətə gəlib. Belə ki, pasiyentin gözünün içində 4 bal arısı olduğu müəyyən edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, gənc qadının infesksiya qaqmış gözündəki arılar cərrahi müdaxilə yolu ilə çıxarılıb.

Məlumatda deyilir ki, gənc qadın qohumunun məzarındakı otları təmizləyərkən arılar gözünə daxil olub. Arılar göz çuxurundakı göz yaşı ilə qidalanıblar.