Masazırda binanın komendantı 3 nəfəri güllələdi


Digərləri 28 Apr 2019 12:44:00 201 0

Masazırda binanın komendantı 3 nəfəri güllələdi

Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında silahlı insident baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, odlu silahdan açılan atəş nəticəsində üç nəfər çoxsaylı qırma yarası alıb.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev çoxsaylı qırma yarası alıblar. Xəsarət alanlar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata görə, atəş açan şəxs yaşayış komplekslərindən birinin komendantıdır. Hadisənin ilkin səbəbi olaraq mübahisə göstərilir.

Faktla bağlı təhqiqat aparılır.