Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri müəyyənləşir (FOTO)


Digərləri 28 Apr 2019 12:45:30 247 0

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri müəyyənləşir (FOTO)

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Trend-in məlumatına görə, bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir. Azərbaycanı final mərhələsində halqa ilə hərəkətlərdə Zöhrə Ağamirova təmsil edir Qeyd edək ki, aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.