Türkiyə XİN rəhbəri: Ərdoğan İraqa səfər edəcək


Digərləri 28 Apr 2019 12:36:52 202 0

Türkiyə XİN rəhbəri: Ərdoğan İraqa səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa səfər edəcək.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa səfər edəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Nazir qeyd edib ki, Ərdoğanın İraqa səfəri Türkiyə-İraq yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının dördüncü iclası çərçivəsində baş tutacaq. Çavuşoğlunun sözlərinə görə, səfər çərçivəsində Ərdoğan İraqın prezidenti Bərham Saleh və ölkənin türkmən icması ilə görüşəcək.