Nazarbayev aktyor Ceki Çanla görüşdü


Dünya 28 Apr 2019 11:41:00 235 0

Nazarbayev aktyor Ceki Çanla görüşdü

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Pekin şəhərində məşhur Çin aktyoru Ceki Çanla görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay "Tvitter" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Nursultan Nazarbayev Pekində keçirilən ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.