Putin: "Zelenski Tanrı deyil ki, onun qarşısına çıxım"


Dünya 28 Apr 2019 10:12:00 197 0

Putin: "Zelenski Tanrı deyil ki, onun qarşısına çıxım"

Rusiya prezidenti Vladimir Putin "Ukraynanın yeni seçilmiş prezidentiVladimir Zelenskinin qarşısına çıxarkən nədən danışacaqsınız?" sualına cavab verib.

Son.az Oxu.az-a istinadən bildirir ki, Putin belə bir görüşün baş tutacağı halda ilk növbədə Ukraynanın cənub-şərqindəki münaqişənin həlli yollarının müzakirə edilməli olduğunu bildirib.

"Bilirsiniz, Vladimir Zelenski hələlik müqəddəslər səviyyəsinə yüksəlməyib, o, Tanrı deyil. Çətin ki, mən onun qarşısına hansısa qismdə çıxım", - deyə o vurğulayıb.