İzmirdə ağır yol qəzası:


Dünya 28 Apr 2019 09:34:00 312 0

İzmirdə ağır yol qəzası:

Türkiyənin İzmir şəhərində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yol qəzası nəticəsində 4-ü uşaq olmaqla 7 nəfər həlak olub, bir nəfər isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə çox sayda polis, xilasedilic və təcili yardım briqadaları cəlb edilib.

Yol qəzası ilə bağlı araşdırma aparılır.