Türkiyədə 42 qeyrileqal miqrant saxlanıldı


Dünya 28 Apr 2019 09:05:00 211 0

Türkiyədə 42 qeyrileqal miqrant saxlanıldı

Türkiyənin sahil mühafizəsi Quşadası körfəzində 42 qeyri-leqal miqrantı saxlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, saxlanılan miqrantlar qeyri-qanuni yolla Yunanıstanın Samos adasına keçmək istəyirlərmiş.

Saxlanılanlar arasında Konqo, Suriya, Fələstin və Somali vətəndaşları var.

Qeyd edilir ki, saxlanılanların 15-i uşaqdır, 8-i isə qadın.