Milli Karate Federasiyasının prezdeinti Moskvada ənənəvi “Qızıl kəmər” mükafatının təqdimatında iştirak edib (FOTO)


Digərləri 28 Apr 2019 02:43:00 270 0

Milli Karate Federasiyasının prezdeinti Moskvada ənənəvi “Qızıl kəmər” mükafatının təqdimatında iştirak edib (FOTO)

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Rusiya Döyüş Sənətləri İttifaqının dəvəti ilə fəxri qonaq kimi Moskvada ənənəvi “Qızıl kəmər” mükafatının təntənəli təqdim olunma mərasimində iştirak edib.

Bakı. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Rusiya Döyüş Sənətləri İttifaqının dəvəti ilə fəxri qonaq kimi Moskvada ənənəvi “Qızıl kəmər” mükafatının təntənəli təqdim olunma mərasimində iştirak edib. Federasiyadan Trend-ə verilən məlumata görə, Dövlət Kreml Sarayında nüfuzlu təşkilat tərəfindən keçirilən tədbirdə ötən mövsümdə bir sıra nominasiyalarda fərqlənən idmançılar, məşqçilər və digər idman mütəxəssisləri təltif olunub. Tədbirdə, həmçinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbrik və arzuları səsləndirilib.