Qazaxstanlı gimnast: Bakıda Dünya Kubokunun yarışları yüksək səviyyədə keçirilir


Digərləri 27 Apr 2019 23:42:00 191 0

Qazaxstanlı gimnast: Bakıda Dünya Kubokunun yarışları yüksək səviyyədə keçirilir

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun yarışları yüksək səviyyədə keçirilir

Bakı. Cani Babayeva - Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun yarışları yüksək səviyyədə keçirilir. Bunu Trend-ə qazaxstanlı gimnast Adelya Tlekenova deyib. A.Tlekenova qeyd edib ki, Milli Gimnastika Arenasının zalı çox böyükdü və burada mövcüd olan abu-hava yaxşıdır: "Doğrudur, işıqlandırma qeyri-adi idi, düşünürəm ki, Dünya Çempionatında da belə olacaq, ona görə də alışmaq lazımdır. Bakıda yarışlar yüksək səviyyədə keçirilir, cox sayda məşq meydançaları var. Azarkeşlərin fəal dəstəkləmələri cox xoşdur". Azərbaycan gimnstlarının çıxışlarından danışan A.Tlekenova vurğulayıb ki, onlar çox işləyirlər.