300 kilo heroinlə tutulan azərbaycanlı sərbəst buraxılıb


Dünya 27 Apr 2019 23:32:00 270 0

300 kilo heroinlə tutulan azərbaycanlı sərbəst buraxılıb

Kiyevin Peçer rayon məhkəməsi 300 kiloqram heroinlə tutulan beynəlxalq narkotik ticarətçiləri dəstəsinin azərbaycanlı üzvü haqda ev dustaqlığı qərarı çıxarıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbərinin birinci müavini Vyaçeslav Abroskin sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı elə məhkəmə zalındaca sərbəst buraxılıb. Ona ancaq gecələr yaşayış yerini tərk etmək qadağan edilib. "Lakin ev dustaqlığı müddətində harada yaşayacağını heç özü də bilmir" deyə Abroskin qeyd edib.

Dəstənin digər dörd üzvü - Türkiyə vətəndaşları isə həbs ediliblər. Onları 154 mindən 10,7 milyon qrivenə qədər pul müqabilində azadlığa buraxıla bilərlər.