Tərtərdə meşədə dəhşətli ölüm hadisəsi


Digərləri 27 Apr 2019 23:24:00 279 0

Tərtərdə meşədə dəhşətli ölüm hadisəsi

Tərtər rayonunda intihar hadisəsi baş verib.  

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Evoğlu kəndində yerləşən meşə zolağında olub.

Rayonun Qaraqoyunlu kənd sakini, 1989-ci il təvəllüdlü Məmmədov Nicat Rafet oğlu özünü ağacdan iplə asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.