ÜST: Qızılca bəzi ölkələrdə 4 dəfə artaraq epidemiya halını alıb


Digərləri 27 Apr 2019 22:40:00 249 0

ÜST: Qızılca bəzi ölkələrdə 4 dəfə artaraq epidemiya halını alıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılca xəstəliyi ilə bağlı yeni hesabat açıqlayıb. Hesabatda dünyada qızılcaya yoluxma sayının sürətlə artdığı bildirilir.

ÜST bəyan edib ki, qızılcaya yoluxanların sayı bu ilin ilk 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artıb.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Konqo, Efiopiya, Sudan, Tayland və s. ölkələrdə qızılcanın daha çox yayıldığı, epidemiya halını aldığı vurğulanıb.  Qeyd olunub ki, qızılca uşaqlar da daxil olmaqla, çoxlu sayda insanın ölümünə səbəb olub.

2017-ci ildə 110 min nəfər qızılcadan ölüb. Ən inkişaf etmiş ölkələrdə də qızılca yayılıb, hətta xəstələrin xəstəxanaya yatırılması halları var.