Qadınlarda bu oynaq daha teztez çıxır


Digərləri 27 Apr 2019 21:55:00 248 0

Qadınlarda bu oynaq daha teztez çıxır

Digər oynaqlar kimi çənə oynağında da çıxıq yarana bilər.

Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin hazırladığı məlumatda bildirilir ki, insanın yuxarı çənəsi hərəkətsizdir. Aşağı çənə isə gicgah-çənə oynağı vasitəsilə hərəkət edir. Bəzən aşağı çənə oynağının çıxığı inkişaf edə bilər.

Belə çıxıqlar hansı səbəblərdən yaranır?

- qida qəbulu, əsnəmə, qışqırma, qusma və s. zamanı ağzın birdən və güclü açılması,

- aşağı çənənin birdən və güclü aşağı salınması (misal üçün, qida qəbulu zamanı),

- dişlərin çəkilməsi, pis vərdişlər (dişlərlə butulkaların, bağlamaların açılması vərdişi və s.),