Qərar verən insanlara necə təsir etməli? –


Digərləri 27 Apr 2019 20:45:00 224 0

Qərar verən insanlara necə təsir etməli? –

Bestseller müəllifi və dünyanın ən titullu biznes mütəfəkkirlərindən biri Marshall Goldsmith əmindir ki, hər birimiz insanlar üzərində birbaşa hakimiyyətə malik olmadan, onlara müsbət təsir göstərə bilirik.

Son.az gencaile.az-a istinadən bildirir ki, Peter Drucker-in əsas ideyalarından imtina edərək, o bilavasitə rəhbər, top-menecer və ya sadəcə həmkar olmasından asılı olmayaraq, qərar verən insanlara təsir etmək üçün 10 məsləhət verir.

Faktları qəbul edin

Həyatınıza təsir edən hər bir qərar "düzgün", "ağıllı" və "ən yaxşı" insan tərəfindəndən deyil, sadəcə qərar vermək səlahiyyətinə malik olan insan tərəfindən verilir. Bu faktdır.

Elə insanlar var ki, onlar qərar vermək hüququna malikdirlər, fikri ilə razılaşaraq, biz "həyatın ədalətsizliyinə" görə daha əziyyət çəkmirik, digərlərinə daha effektli təsir göstərə bilirik və müsbət dəyişikliklərə hazır oluruq. Ən əsası isə biz daha xoşbəxt oluruq.

İdeyalarınızı satmağı öyrənin

Qərar verən insanlara təsir etmək cəhdi müştərilərə məhsul və ya xidmət satışına bənzəyir. Siz satmalısınız, lakin onlar almağa borclu deyillər.

İnanın ki, müştərilərini məhsul almamaqda günahlandıran satıcıları heç kim xoşlamır. Halbuki, xarici satışlar zamanı məsuliyyəti öz üzərinə götürmək bacarığı açıq-aydın və əsas keyfiyyətdir, böyük şirkətlərdə işçilərin çoxu fikirlərini "almadığına" görə rəhbərliyi günahlandıraraq vaxtlarını boş yerə sərf edirlər.

Harvard Universitetinin keçmiş professoru Kris Argyris-in, nəticə adətən "işin başqasına dövr edilməsi"nə gətirib çıxarır, deyə qeyd etməsi təsadüfi deyil. Biz fikrimizi başqalarının pis etdiklərinə cəmləşdirərək, özümüzü gücsüzləşdiririk. Bunun yerinə, biz elə edə bilərik ki, daha yaxşı olsun, kimi düşünməyimiz daha məhsuldar nəticə verəcək.

Təsir prosesinin əsas elementi qərar verən şəxsin təhsili ilə bağlıdır. Buna görə qərarların verilməsinə təsir etmək istəyənlər yaxşı müəllim olmalıdır.

Yalnız şəxsi məqsədlərə nail olmağa çalışmayın - ümumi fayda üçün işləyin

Satıcının işlətdiyi bəzi sözlər mənasız səslənə bilər. Məsələn, belə bir cümlə yolverilməzdir: "Siz bu məhsulu almalısız, yoxsa mən məqsədlərimə çata bilməyəcəm".

İstənilən halda, yaxşı satıcılar şəxsi məqsədləri haqda deyil, alıcıların ehtiyacları haqda düşünürlər. Eynən bu cür, qərar verənlərə təsir edə bilən insanlar şöbənin və ya komandanın məqsədləri deyil, ilk növbədə, təşkilşatın ehtiyacları haqda düşünürlər.

Böyük döyüşlərdə qələbə qazanmağa çalışın

Enerjinizi əhəmiyyətsiz şeylərə sərf etməyin - rəhbərlərin buna vaxtı yoxdur. Hər hansı ideyanı təklif etməzdən əvvəl onu hərtərəfli təhlil edin. Real dəyişikliklərə səbəb olan problemlərə diqqət yetirin. Bu zaman xırda məğlubiyyətlərə hazır olun.

Sizə önəmli problemlərin həll olunması üçün pul ödəyirlər. Avtomobilin xüsusiyyətləri və ya idman komandalarının uğurları barədə mübahisələrdə qalibiyyət heç bir şeyə dəyməz.

İdeyalarınızın arxasında dayanan real maddi mənfəəti göstərin

Hər bir şirkətin resurs və vaxt məhdudiyyəti var. Sizin ideyanın qəbulu, kiminsə parlaq hesab etdiyi digər ideyadan imtina deməkdir. Buna görə, xərcləri təmkinlə müzakirə etməyə, etirazlara adekvat şəkildə reaksiya göstərməyə hazır olun.

Yadda saxlayın ki, nüfuzlu insanlar da səhvlər edir

Qərar verən insanları hamı səriştəli hesab edir. Və bu doğrudur. Lakin onların adi insanlardan çox fərqləndiyini düşünmək qəribədir. Liderlərin də ən yaxşısı insandır. İnsanlar isə səhvlər edir. Buna görə də, top-menecerlər səhv etdikdə, onları qınamayın, əksinə, onlara kömək etmək haqda düşünün.

Hörmət saxlamağı unutmayın

Qərar verən insanlara da müştərilər kimi eyni diqqəti göstərin. Fikrinizi söyləməzdən əvvəl, bir suala dörd fərqli rakursdan cavab verməyə cəhd edin:

İdeya şirkətimizə kömək edəcəkmi?

İdeya müştərilərimizə kömək edəcəkmi?

İdeya söhbət etdiyim insana kömək edəcəkmi?

İdeya haqqında danışdığım insana kömək edəcəkmi?

Bütün sualların cavabı "yox"dursa, sussanız yaxşıdır.