İflic olmuş insanların beyninə əməliyyatsız implant yerləşdiriləcək


Digərləri 27 Apr 2019 20:50:00 264 0

İflic olmuş insanların beyninə əməliyyatsız implant yerləşdiriləcək

Avstraliyada iflicli xəstələrin ünsiyyət probleminin həlli yolu tapılıb.

Bu barədə "The New Daily" xəbər yayıb. Bu, içik ölçülü beyin implantatı olan - Stentrode-nin hesabına həyata keçiriləcək. İmplant ilkin olaraq Avstraliyadan olan beş iflic xəstəsinə köçürüləcək. Bunun üçün açıq əməliyyat aparılmayacaq. İmplant beyin qabığındakı damara yerləşdiriləcək.

Seçilən beş xəstədə iflic problemi insult, onurğa zədəsi, əzələ distrofiyası və hərəki neyronların xəstəliyi sayəsində yaranıb. Bu metodun danışıq qabiliyyətini, bədəninin digər funksiyalarını itirmiş insanlara yardım edəcəyi gözlənilir. Hesab olunur ki, onlar kompüter interfeysi vasitəsilə ünsiyyət qura biləcəklər. Belə ki, implantat kompüter mousu və klaviaturaya nəzarət etməyə imkan verir.

Sınaqların əsas mərhələsinə ilin ortalarında Melburn Kral Hospitalı, Melburn Universiteti, Flori adına Neyrobiologiya və Psixi Sağlamlıq İnstitutu ilə əməkdaşlıq çərçivəsində başlanacaq.