Kommunal xidmət avtomobili sərnişin avtobusuna dəyib, xəsarət alanlar var


Digərləri 27 Apr 2019 20:40:42 177 0

Kommunal xidmət avtomobili sərnişin avtobusuna dəyib, xəsarət alanlar var

Bakıda yol qəzası baş verib

Bakı. Bakıda yol qəzası baş verib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bir qədər əvvəl Hava limanı avtomagistralında yol nəqliyyat hadisəsi baş verib. Şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 Dövlət Qeydiyyat Nişanlı avtobusa dəyib. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib. Araşdırma aparılıb. İlkin məlumata görə hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub.