Bu qidaları dondurmaq olmaz


Digərləri 27 Apr 2019 19:55:00 249 0

Bu qidaları dondurmaq olmaz

Soyuducu, əsasən də onun buzxanası bir çox qidaların uzun müddətli saxlanması üçün ideal hesab olunur. Amma müasir dövrdə yanaşmalar dəyişib. Məlum olur ki, əslində bir çox qidaları dondurmaq olmaz. Və elə qidalar var ki, onları ümumiyyətlə, soyuducuda saxlamaq xətalı sayılır.

Mütəxəssislər hesab edir ki, südü dondurub sonradan istifadə etdikdə tərkibindəki su və digər maddələr bir-birindən ayrılır. Bu isə südü istifadə olunmaz bir hala gətirir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, kartofu birmənalı olaraq çiy halda soyuducuya qoymaq olmaz. Tərkibində su miqdarı çox olan bu tərəvəz oradan çıxarılandan sonra sərtliyini itirir. Yalnız bişirilən kartofu soyuducuya qoymaq olar.

Qızardılmış yeməklərin də birmənalı olaraq dondurulması tövsiyə edilmir. Həmin yeməklər bu halda ən azı keyfiyyətini itirir. Ona görə də qızartmaq yox, sobada bişirib, dondurmaq daha yaxşı olar.

Yumurtanı dondurmaq da böyük yanlış hesab edilir. Bu zaman yumurtanın içindəki maye donur, qabıqda çatlar əmələ gəlir, bakteriyaların daxilə keçməsinə şərait yaranır.

Əgər yumurtanı dondurub saxlamaq istəyiniz varsa, onda onu qırıb çoxlu çalandan sonra

hava daxil olmayan qabda saxlamaq şərtiylə buzluğa qoya bilərsiniz.

Yumşaq pendirləri də dondursanız, süd halına düşərək, həm ləzzətini, həm də keyfiyyətini itirəcək.     

Meyvə-tərəvəzləri çiy halda dondurmaq tövsiyə olunmur. Məsələn, qarpız kimi bol sulu olan meyvə və tərəvəzləri dondurub saxlamaq məsləhət görülmür.