Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə finalçılar müəyyənləşib


Digərləri 27 Apr 2019 19:56:55 167 0

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə finalçılar müəyyənləşib

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə finalçılar müəyyənləşib

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə finalçılar müəyyənləşib. Trend-in məlumatına görə, finala Dina Averina (Rusiya, 20.650 bal), Anastasiya Salos (Belarus, 20.050 bal), Vlada Nikolçenko (Ukrayna, 19.600 bal), Arina Averina (Rusiya, 19.100 bal), Boryana Kaleyn (Bolqarıstan, 19.000 bal), Yekaterina Qalkina (Belarus, 18.900 bal), Nikol Zelikman (İsrail, 18.500 bal), Kseniya Mustafayeva (Fransa, 18.300 bal) yüksəliblər. Azərbaycanlı gimastlar Zöhrə Ağamirova (16.600 bal) və Veronika Qudis (15.950 bal) finala yüksələ bilməyiblər. Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.