15 yaş arası uşaqların sağlamlığı üçün nə etməli?–


Digərləri 27 Apr 2019 19:41:00 241 0

15 yaş arası uşaqların sağlamlığı üçün nə etməli?–

ÜST 5 yaşından kiçik uşaqların sağlam həyat tərzi ilə bağlı tövsiyyələrini dərc edib.  

Son.az medicina.az-a istinadən bildirir ki, ilk buraxılışda fiziki aktivlik, oturaq həyat tərzi və yuxu normalarına dair məsləhətlər yer alıb. Təlimat ciddi elmi araşdırmalar və təcrübələrin nəticələrinə əsaslanıb.

Ona görə hər bir valideyn əgər yaşı 1-5 yaş arası övladı varsa, bunlara əməl etməlidir.

-Hazırda uşaqlarda piylənmə kəskin artır, profilaktika çox erkən yaşda başlanmalıdır. Uşaqların fiziki aktivliyini artırmaq üçün onlar gündə bir neçə dəfə 30 dəqiqə müddətində döşəmədə oynamalı, eləcə də qarnı üzərində hərəkət etməlidir. Bu 1-2 yaş qrupu üçündür.

-Körpəni stulda, divanda və ya kolyaskada 1 saatdan artıq oturaq vəziyyətdə saxlamaq olmaz.  Maksimum 40 dəqiqədən sonra yerini dəyişməli, hərəkət etməlidir.

-Telefon, televizor - 2 yaşa kimi olmaz, 2-5 yaş gündə 30 dəqiqədən artıq baxmamalıdır. -0-3 aylıq uşaqlar sutkada 15-17 saat yuxu rejimi olmalıdır. 4-11 aylarda isə 11-16 saat. -1-2 yaş uşaqlar sutkada 3 saatdan az olmayaraq aktiv oyunlar oynamalıdır.