Kiçik mətbəx sirləri


Digərləri 27 Apr 2019 19:35:00 305 0

Kiçik mətbəx sirləri

Kartof püresi hazırlayarkən südünüz yoxdursa, əvəzinə mineral qazlı su əlavə etmək olar, bu zaman püre yüngül olur.

-   Mayonezi xamaya 1 ç.q. xardal və yumurta sarısı əlavə etməklə əvəz etmək olar.

-   Mayanın əvəzinə 0,5 stəkan pivə və ya mineral su əlavə etmək olar.

-   Süd yanmasın deyə, onu qazın üzərinə qoymazdan əvvəl içinə 1 parça qənd atmaq lazımdır. Belə südü uzun müddət saxlamaq mümkündür.

-   Limonun suyunun daha çox olması üçün 5 dəq. qaynar suda saxlamaq lazımdır.

-   Əti bişirərkən yaxşı bulyon almaq üçün soyuq suya, ətin özünün dadlı olması üçün isti suya salıb qaynatmaq məsləhətdir.

-   Ət vam odda bişərsə, bulyonu şəffaf olar.

-   Əgər kotletin yumşaq olmasını istəyirsinizsə, çörəyi süddə isladıb, sıxmadan ətə qatmaq lazımdır.

-   Kotletin ətinə narın doğranmış göy soğan qatdıqda daha da dadlı olur.

1368851969_picture188895

-  Gec bişən toyuğu 20-30 dəq. bişirdikdən sonra 5-6 dəq. soyuq suya salıb, yenidən bişirdikdə tez hazır olur.