Koreyanın Azərbaycandakı səfiri bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində koreyalı idmançıalrla görüşüb


Digərləri 27 Apr 2019 19:02:55 205 0

Koreyanın Azərbaycandakı səfiri bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində koreyalı idmançıalrla görüşüb

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində koreyalı idmançılarla görüşüb.

Bakı. Cani Babayeva - Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində koreyalı idmançılarla görüşüb. Qeyd edək ki, Bakıda 26-28 aprel tarixlərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.