“CinemaPlus”da “Qisasçılar: Final” filmində ajiotaj VİDEO


Digərləri 27 Apr 2019 18:44:00 215 0

“CinemaPlus”da “Qisasçılar: Final” filmində ajiotaj  VİDEO

"CinemaPlus" kinoteatrlar şəbəkəsində səbirsizliklə gözlənilən "Marvel" kinoşirkətinin "Qisasçılar: Final" filmi üçün böyük ajiotaj var. Biletlər kosmik sürətlə satılır. 

"CinemaPlus"un "Gənclik Mall" ticarət mərkəzində yerləşən kinoteatrında keçiriləcək birinci gecə seansına məşhur azərbaycanlı ulduzlar da qatılacaq. 

Filmin rejissorları Co Russo və Entoni Russodur.

Baş rollarda Robert Dauni-kiçik, Kris Evans, Mark Rufallo, Kris Hemsvort, Skartlett Yohansson, Ceremi Renner, Don Cild, Pol Radd, Bri Larson, Karen Gillan, Danay Qurira, Bredli Kuper və Coş Brolin yer alıb. 

Film haqqında qısaca: Qisasçılar komandasının sağ qalan üzvləri və onların tərəfdaşları qüdrətli Tanos titanının dağıdıcı fəaliyyətini dayandırmağa kömək edəcək yeni plan hazırlamalıdırlar. Tarixin ən böyük miqyaslı və faciəli döyüşündən sonra onlar səhv edə bilməzlər.

Bu filmin fanatları çoxdan gözlənilən və 23:55-də baş tutacaq premyeradan bir gün əvvəl "CinemaPlus" kinoteatrlar şəbəkəsində filmi rus və türk dillərində izləyə biləcəklər.