Sloveniyalı idmançı: Bakılı azarkeşlərin dəstəyi çıxışımız zamanı çox kömək edir


Digərləri 27 Apr 2019 18:46:45 238 0

Sloveniyalı idmançı: Bakılı azarkeşlərin dəstəyi çıxışımız zamanı çox kömək edir

Bakılı azarkeşlərin dəstəyi çıxışımız zamanı çox kömək edir.

Bakı. Bakılı azarkeşlərin dəstəyi çıxışımız zamanı çox kömək edir. Bunu Trend-ə bədii gimnastika üzrə Dünya Kubokunun sloveniyalı iştirakçısı Yekaterina Vedeneyeva deyib. O bildirib ki, bu, onun Bakıya ilk səfəridir: "Mən bilirdim ki, dünya çempionatı Bakıda keçiriləcək və meydançanı sınaqdan keçirmək lazımdır. Bizim təəssüratlarımız çox yaxşıdır, təşkilatçılıq əladır". Gimnast vurğulayıb ki, idmançılara zalın dəstəyi kömək edir: "Azarkeşlər bizi isti qarşılayır. Yarışlar bir-birindən fərqlənir, azarkeşlər fərqli olur, amma Azərbaycanda gimnastikanı sevirlər, ona görə də hər şey gözəldir". Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.