Formula 1-də ağır qəza – Bolid sıradan çıxdı


Digərləri 27 Apr 2019 17:27:00 191 0

Formula 1-də ağır qəza – Bolid sıradan çıxdı

Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 bolidlərinin sıralama turunda ağır qəza baş verib.

Bakı. Elçin Mehdiyev - Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 bolidlərinin sıralama turunda ağır qəza baş verib. Trend-in məlumatına görə, “Williams” komandasının pilotu Robert Kubica idarəetməni itirərək səkiyə çırplıb. Nəticədə onun bolidi sıradan çıxıb və pilot yarışı dayandırıb. Bolid dərhal trekdən evakuasiya edilib. Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.