Səfir: Bədii gimnastika üzrə Moldova milli komandası Bakıda çıxış etməyi çox sevir


Digərləri 27 Apr 2019 17:10:00 445 0

Səfir: Bədii gimnastika üzrə Moldova milli komandası Bakıda çıxış etməyi çox sevir

Bədii gimnastika üzrə Moldova milli komandası Bakıda çıxış etməyi çox sevir.

Bakı. Vahid Bayramov - Bədii gimnastika üzrə Moldova milli komandası Bakıda çıxış etməyi çox sevir. Bunu Trend-ə Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib. Onun sözlərinə görə, ikinci gündür ki, yarışları izləyir: "Dünən çıxışdan sonra mən idmançı və məşqçilərimizlə görüşdüm. Onlar yüksək təşkilatçılığı və yaradılan şəraiti xüsusi qeyd edib". Səfir bildirib ki, bu, moldovalı gimnastların Bakıda ikinci çıxışıdır: "Onlar bura gəlməkdən çox məmnundur. Həm də məşqlərlə yanaşı, onlar Bakı şəhəri ilə də tanış olur". Qeyd edək ki, Bakıda 26-28 aprel tarixlərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.