Kılıçdaroğluna gülən aparıcı işdən qovuldu


Digərləri 27 Apr 2019 17:06:00 447 0

Kılıçdaroğluna gülən aparıcı işdən qovuldu

Kanal D-nin "Xəbərlər" verilişinin aparıcısı Buket Aydının işinə son verilib

"Kanal D"nin məşhur aparıcılarından olan Buket Aydın işdən çıxarılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, xəbərlər proqramının aparıcısı bu ilin martında verilişində qonaq etdiyi CHP sədri Kamal Kılıçdaroğluna qarşı sərgilədiyi davranışa görə vəzifəsindən azad edilib.

Belə ki, Kılıçdaroğlu "İstanbul, Ankara, İzmirdə qələbə qazanacağıq" dedikdə aparıcı qəhqəhəyə boğularaq partiya sədrinə "Bu gün öz tempinizdəsiniz" deyə bildirib.

Onun bu hərəkəti daha sonra sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. CHP 31 mart seçkilərində bu 3 şəhərdə qələbə əldə etdikdən sonra Aydın lağlağıya qoyulub.