“İşsizin DOSTu” proqramı çərçivəsində işlə təmin olunanların sayı 35 minə çatıb


Digərləri 27 Apr 2019 16:44:00 189 0

“İşsizin DOSTu” proqramı çərçivəsində işlə təmin olunanların sayı 35 minə çatıb

Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin DOSTu” proqramı çərçivəsində daha 5 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai iş yerləri ilə təmin edilib.

Bakı. Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin DOSTu” proqramı çərçivəsində daha 5 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai iş yerləri ilə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, proqram əsasında işlə təmin olunanların sayı 35 minə çatıb. Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilib.