Gürcüstandan qanunsuz yolla avtomobil ehtiyat hissələri gətirən Türkiyə vətəndaşı saxlanılıb (FOTO)
Digərləri 27 Apr 2019 16:25:00 191 0
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda "Mercedes Travego" markalı nəqliyyat vasitəsi saxlanılıb və avtomobili idarə edən Türkiyə Respublikasının vətəndaşı şifahi sorğu-sual edilib.
Bakı.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı avtomobilin yük yerindəki pilləkənin altında, gizli saxlanc yerində 3 ədəd metal qəlib, ümumulikdə 25 adda 21 qutu və 59 ədəd avtomobil ehtiyat hissəsi, 3,4 kq metal oxlar, 14 kq inşaat materialı və 5 kq tibbi ləvazimat aşkarlanıb.
Mənbə: az.trend.az