Müslüm Maqomayevin mahnısının sədaları altında çıxış edən koreyalı gimnast bakılıları heyrətləndirdi (VİDEO)


Digərləri 27 Apr 2019 15:49:35 202 0

Müslüm Maqomayevin mahnısının sədaları altında çıxış edən koreyalı gimnast bakılıları heyrətləndirdi (VİDEO)

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü davam edir.

Bakı. Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü davam edir. Trend-in məlumatına görə, bu gün gimnastlar fərdi proqramda gürz və lentlə, qrup proqramnda üç halqa və iki lentlə hərəkətlərdə çıxış edir. Yarışların ikinci gününün davam etməsinə baxmayaraq, artıq gimnastların parlaq çıxışları günə öz damğasını vurub. Bu çıxışlardan biri koreyalı gimnastı Kim Çeyvunun çıxışı olub. 18 yaşlı gimnast Müslüm Maqomayevin "Синяя вечность" (Mavi əbədiyyət) mahnısının müşayiəti ilə çıxış edərək tamaşaçıları sevindirib. Trend Kim Çeyvunun çıxışını təqdim edir: