Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü başa çatıb (FOTO)


Digərləri 27 Apr 2019 15:20:00 190 0

Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü başa çatıb (FOTO)

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin üçüncü sərbəst yürüşü başa çatıb.

Bakı. Elçin Mehdiyev - Formula 1 SOCAR Azərbaycan Qran Prisinin üçüncü sərbəst yürüşü başa çatıb. Trend-in məlumatına görə, üçüncü sərbəst yürüşündə “Ferrari” komandasının pilotları fərqləniblər. Çarls Lekler birinci, Sebastian Fettel isə ikinci olublar. İlk üçlüyü Maks Ferstappen (“Red Bull Racing Honda”) tamamlayıb. Saat 17:00-da isə Formula 1 yarışlarının sıralanma turu keçiriləcək. Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.