Futbolda azarkeşlər arasında dava - 295 nəfər yaralandı (VİDEO)


Digərləri 27 Apr 2019 15:26:00 199 0

Futbolda azarkeşlər arasında dava - 295 nəfər yaralandı (VİDEO)

İranın paytaxtı Tehranda Perspolis-Sepahan arasında baş tutan matçda azarkeşlər arasında dava 1 nəfərin ölümü, 295 nəfərin yaralanması ilə nəticələnib.

Bakı. Elnur Bağışov - İranın paytaxtı Tehranda Perspolis-Sepahan arasında baş tutan matçda azarkeşlər arasında dava 1 nəfərin ölümü, 295 nəfərin yaralanması ilə nəticələnib. Trend-in məlumatına görə, bunu İranın Tehran Təcili Yardım İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Məhəmməd Kərəm Dərabadi deyib. M.K.Dərabadinin sözlərinə görə, yaralılardan biri davadan öncə həddindən artıq narkotik maddə istifadə etdiyinə görə dünyasını dəyişib. Yaralılardan 45 nəfəri xəstəxanaya yerləşdirilib.