Tamaşaçı: Bakı Milli Gimnastika Arenası möhtəşəmdir


Digərləri 27 Apr 2019 15:05:49 210 0

Tamaşaçı: Bakı Milli Gimnastika Arenası möhtəşəmdir

Bakı Milli Gimnastika Arenası möhtəşəmdir.

Bakı. Cani Babayeva - Bakı Milli Gimnastika Arenası möhtəşəmdir. Bunu Trend-ə bədii gimnastika üzrə Dünya Kubokunun tamaşaçısı Sara Əliyeva deyib. O bildirib ki, yarışlar çox maraqlı və gözəl keçir: "Milli Gimnastika Arenasına tez-tez gəlirəm, çünki əvvəllər özüm də gimnastika ilə məşğul olmuşam. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası dərs demişəm, indi təqaüddəyəm. Amma yenə də yarışları böyük maraqla izləyirəm". S.Əliyeva vurğulayıb ki, Milli Gimnastika Arenasının heyranıdır: "Televiziyada digər ölkələrdəki yarışları izləyərkən, onların gimnastika zallarına diqqət yetirirəm və öz arenamızla müqayisə edirəm. Deyə bilərəm ki, Milli Gimnastika Arenası ən yaxşısıdır". Qeyd edək ki, 26-28 aprel tarixlərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.