Formula 2-nin qalibləri müəyyənləşdi


Digərləri 27 Apr 2019 13:29:33 189 0

Formula 2-nin qalibləri müəyyənləşdi

“Campos Racing” komandasının pilotu Cek Aitken Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qalibi olub.

Bakı. Elçin Mehdiyev - “Campos Racing” komandasının pilotu Cek Aitken Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qalibi olub. Trend-in məlumatına görə, 32 dövrənin yekununda A.Albon 1 saat 2 dəqiqə 27,628 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “ART Grand Prix” komandasının pilotu Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq üçüncü yeri tutublar. Qaliblərə mükafatlar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib. Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.