Formula 2-də qəzalar – Üç pilot yarışı dayandırdı


Digərləri 27 Apr 2019 13:02:00 247 0

Formula 2-də qəzalar – Üç pilot yarışı dayandırdı

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə birinci yarışda ardıcıl üç qəza baş verib.

Bakı. Elçin Mehdiyev - Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə birinci yarışda ardıcıl üç qəza baş verib. Trend-in məlumatına görə, “UNİ-Virtuosi”nin pilotu Quanyu Zhou və “BWT Arden” komandasının xanım pilotu Tatyana Qalderon və "Karlin" komandasının pilotu Luiz Deletraz qəza törədib. Pilotlardan ikisi ötmə zamanı səhvə yol verərək qarşıdakı bolidə, daha sonra isə təhlükəsizlik baryerinə çırpılıb. Digər pilot da idarəetməni itirərək baryerə çırpılıb. Hər üç pilotun bolidi trekdən evakuasiya edilib və pilotlar yarışı dayandırıblar. Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.