Azərbaycanlı məşhur aktyoru restoranda pula görə "girov" saxladılar
Şou-biznes 27 Apr 2019 12:20:00 279 0
Məşhur aktyor Müşfiq Şahverdiyevi restoranda girov saxlayıblar
.
Son.az redaktor.az-a istinadla xəbər verir ki, bu haqda sənətçinin özü məlumat verib:
"Bir müddət öncə Rusiyadan qonaqlarım gəlmişdi. Onlarla yeyib-içmək üçün restorana getdik. Düşündüm ki, yəqin hesab çox gəlməz, maksimum 300 manat olar. Amma 680 manat gəldi. Şoka düşdüm, çünki cibimdə o qədər pul yox idi. Restoranda saxladılar məni. Axırda dostumu çağırdım: Gəl biabır olmuşam. Sağ olsun gəldi, yarı-yarıya hesabı ödədik".
Mənbə: milli.az