Nazir: Uruqvay Dağlıq Qarabağdakı separatçı rejimi tanımır


Digərləri 27 Apr 2019 12:16:00 105 0

Nazir: Uruqvay Dağlıq Qarabağdakı separatçı rejimi tanımır

Bu il aprelin 26-da Uruqvayın xarici əlaqələr naziri vəzifəsini icra edən səfir Ariel Berqamino ilə Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov arasında görüş keçirilib.

Bakı. Bu il aprelin 26-da Uruqvayın xarici əlaqələr naziri vəzifəsini icra edən səfir Ariel Berqamino ilə Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov arasında görüş keçirilib. Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan səfirinin müraciəti əsasında keçirilən görüşün başlıca məqsədi ikitərəfli gündəlikdə duran bir sıra məsələlərin müzakirəsi, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “nümayəndəsinin” Uruqvaya gəlməsi və burada guya ki ölkə rəsmiləri də daxil olmaqla görüşlərin keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirilməsi olub. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif məsələləri, o cümlədən mövcud yüksək səviyyəli əlaqələr haqda fikir mübadiləsi aparıblar. Burada, həmçinin Bakıda keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumunda Uruqvay xarici əlaqələr naziri Rodolfo Nin Novoanın iştirakı məsələsi də müzakirə edilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq qurumun qondarma “xarici işlər nazirinin” Uruqvaya səfəri məsələsinə gəldikdə isə, Uruqvay hökumətinin mövqeyinin fundamental və dəyişilməz olduğu XİN rəsmisi tərəfindən vurğulanıb. Bəyan edilib ki, Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və Dağlıq Qarabağdakı separatçı rejimi tanımır. Münaqişənin sülh yolu ilə həll edilməli olduğu qeyd edilərək, Uruqvayın ATƏT-in Minsk qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəklədiyi vurğulanıb. Azərbaycan səfirinin, həmçinin Uruqvay Senatının sədri Luisa Topolanski ilə görüşü baş tutub. Görüş zamanı L.Topolanski parlamentdə keçirilən tədbir zamanı hər hansı qondarma qurumun nümayəndəsi ilə deyil, Uruqvaydakı erməni icması ilə görüşdüyünü bildirib. Görüş nəticəsində Uruqvay Baş Assambleyası (parlament) rəhbərliyinin mətbuat açıqlaması yayılıb. Mətbuat açıqlamasında Uruqvay Baş Assambleya və Senatının rəhbərliyinin Xarici Əlaqələr Nazirliyi tərəfindən yayılmış mətbuat açıqlamasının və xüsusilə də açıqlamanın sonuncu bəndində qeyd olunmuş “Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığına dair mövqeyini bir daha bəyan edir, Dağlıq Qarabağdakı separatçı rejimi tanımadığını bir daha bildirir, münaqişənin sülh yolu ilə həll edilməli olduğu və bu məqsədlə Uruqvayın ATƏT-in Minsk qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir” fikrinin tam dəstəklədiyi bəyan edilib. Səfir Rəşad Aslanov Uruqvayın keçmiş Prezidenti Xose Muxiko ilə də görüş keçirib. Dostluq şəraitində baş tutan bu görüşdə sabiq dövlət başçısı münaqişələrin sülh şəraitində həll edilməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan xalqına tərəqqi və uğurlar arzulayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
“Birincidən 85, ikincidən 104 manat çıxdı”  Qadınların çantasına qənim kəsilən like
  • 27 Apr 12:13  
Kriminal “Birincidən 85, ikincidən 104 manat çıxdı” Qadınların çantasına qənim kəsilən

Paytaxtın Yasamal rayonu ərazisində soyğunçuluq edilib. Son.az ARB TV-y

arrow Ətraflı
Bakıda Formula 2 üzrə birinci yarışa start verilib like
  • 27 Apr 12:01  
Digərləri Bakıda Formula 2 üzrə birinci yarışa start verilib

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzr

arrow Ətraflı
BakıSumqayıt yolunda avtobusu qəzaya uğradı: like
  • 27 Apr 12:00  
Digərləri BakıSumqayıt yolunda avtobusu qəzaya uğradı:

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş ve

arrow Ətraflı
Xaçmazda canavarların yaraladığı heyvanlar peyvənd edildi like
  • 27 Apr 11:46  
Digərləri Xaçmazda canavarların yaraladığı heyvanlar peyvənd edildi

Xaçmaz rayonunda fərdi təsərrüfata hücum edən canavarların yaraladığı

arrow Ətraflı
Bakı-Sumqayıt yolunda QƏZA - Yaralılar var like
  • 27 Apr 11:44  
Digərləri Bakı-Sumqayıt yolunda QƏZA - Yaralılar var

Bakı-Sumqayıt yolunda yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Natavan toya anasının ev tərlikləri ilə gəldi  VİDEO like
  • 27 Apr 11:40  
Şou-biznes Natavan toya anasının ev tərlikləri ilə gəldi VİDEO

Gələn ay ana olmağa hazırlaşan müğənni Natavan Həbibi İnstaqram hesab

arrow Ətraflı
İstanbulda 34 binanın sakinləri təxliyə olundu like
  • 27 Apr 11:33  
Dünya İstanbulda 34 binanın sakinləri təxliyə olundu

İstanbulun Esenyurt rayonunda 34 binanın sakinləri təxliyə olunub.

arrow Ətraflı
74 yaşlı Roza Tağıyeva  FOTO like
  • 27 Apr 11:28  
Kriminal 74 yaşlı Roza Tağıyeva FOTO

Şair-pedaqoq Anar Məmmədov sosial şəbəkədə əfsanəvi diktor, xalq artis

arrow Ətraflı
Xaçmazda canavarların yaraladığı heyvanlar peyvənd edildi like
  • 27 Apr 11:27  
Digərləri Xaçmazda canavarların yaraladığı heyvanlar peyvənd edildi

Xaçmaz rayonunda fərdi təsərrüfata hücum edən canavarların yaraladığı

arrow Ətraflı
31 abituriyentin imtahan nəticələri ləğv edildi like
  • 27 Apr 11:22  
Digərləri 31 abituriyentin imtahan nəticələri ləğv edildi

Aprelin 7, 14 və 21-də keçirilən buraxılış imtahanlarında ümumilikdə 3

arrow Ətraflı
Deputat: "Sumqayıtda şin zavodunun inşası yüzlərlə yeni iş yeri deməkdir" like
  • 27 Apr 11:17  
Digərləri Deputat: "Sumqayıtda şin zavodunun inşası yüzlərlə yeni iş yeri deməkdir"

Sumqayıtda yeni şin zavodunun inşası sayəsində Azərbaycan müəyyən şin

arrow Ətraflı
İstanbulda 34 binanın sakinləri təxliyə olundu - SƏBƏB? like
  • 27 Apr 11:07  
Digərləri İstanbulda 34 binanın sakinləri təxliyə olundu - SƏBƏB?

İstanbulun Esenyurt rayonunda 34 binanın sakinləri təxliyə olunub.

arrow Ətraflı
Əməkdar artist illər sonra ilk dəfə EFİRDƏ  VİDEO like
  • 27 Apr 11:06  
Şou-biznes Əməkdar artist illər sonra ilk dəfə EFİRDƏ VİDEO

ARB TV-nin "Faydalı saat" verilişinin növbəti qonağı əməkda

arrow Ətraflı