Bakıda Formula 2 üzrə birinci yarışa start verilib
Digərləri 27 Apr 2019 12:01:00 210 0
Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə birinci yarışa start verilib.
Bakı. Elçin Mehdiyev -
Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə birinci yarışa start verilib.
Trend-in məlumatına görə, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, Formula 2-nin sonuncu sıralama turunda "Carlin" komandasının pilotu Nobuhari Matsuşita Bakıda keçirilən turun qalibi olub.
“ART Grand Prix” komandasının təmsilçisi Nik de Vries ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü yeri tutublar.
Mənbə: az.trend.az