31 abituriyentin imtahan nəticələri ləğv edildi


Digərləri 27 Apr 2019 11:22:00 235 0

31 abituriyentin imtahan nəticələri ləğv edildi

Aprelin 7, 14 və 21-də keçirilən buraxılış imtahanlarında ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub.

Bu barədə Son.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, həmin şəxslərin imtahan nəticələri sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ləğv edilib.

Aprelin 7-də keçirilən buraxılış imtahanlarında imtahan başa çatdıqdan sonra sual kitabçasının fotoşəkilinin sosial şəbəkələrdə yayılması halı ilə əlaqədar ilkin araşdırmanın nəticəsi də məlumdur və bu barədə növbəti həftənin birinci günü daha ətraflı məlumat veriləcək.