Xaçmazda canavarların yaraladığı heyvanlar peyvənd edildi


Digərləri 27 Apr 2019 11:27:00 202 0

Xaçmazda canavarların yaraladığı heyvanlar peyvənd edildi

Xaçmaz rayonunda fərdi təsərrüfata hücum edən canavarların yaraladığı heyvanlar quduzluğa qarşı peyvənd edilib və onlar üzərində müalicə işləri aparılıb.

Bakı. İlhamə İsabalayeva - Xaçmaz rayonunda fərdi təsərrüfata hücum edən canavarların yaraladığı heyvanlar quduzluğa qarşı peyvənd edilib və onlar üzərində müalicə işləri aparılıb. Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib. Xidmətdən bildirilib ki, Xaçmaz rayonunun Bəbəli kəndinin sakini Rəhman Məmmədovun tövləsinə hücum edən canavarlar 15 baş qoyun-quzunu parçalayaraq öldürüb, 15-ni isə yaralayıb.