Deputat: "Sumqayıtda şin zavodunun inşası yüzlərlə yeni iş yeri deməkdir"


Digərləri 27 Apr 2019 11:17:00 212 0

Deputat: "Sumqayıtda şin zavodunun inşası yüzlərlə yeni iş yeri deməkdir"

Sumqayıtda yeni şin zavodunun inşası sayəsində Azərbaycan müəyyən şinləri xaricdən almayacaq, beləliklə də bu, müəyyən əhəmiyyətli həcmdə xarici valyutanın ölkəmizdə qalmasına səbəb olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, zavodun istehsal etdiyi hazır şin məhsulları xaricə satılacaq. Bu isə ölkəyə yüz milyonlarla valyutanın gəlməsi deməkdir.

A.Mirzəzadə hesab edir ki, büdcəyə əlavə vəsait daxil olacaq, beləliklə də gələcəkdə növbəti dəfə əməkhaqqıların və təqaüdlərin artması mümkün olacaq.

Deputat əlavə edib ki, gözlədiyinin əksinə olaraq, Sumqayıtda şin zavodunun inşası xəbəri mətbuatda gündəm mövzusuya çevrilmədi, xəbər sadə bir rəsmi xəbər kimi dərc edildi: